Press "Enter" to skip to content

Türk diaspor tarixində mühüm və mənalı bir hadisə

Sidneydə möhtəşəm anlar

Çağdaş Musiqi Dərnəyinin Avstraliya səfəri mədəniyyət tarixində iz buraxıb

BAYRAQDAR MEDİA – Türkiyə Cümhuriyyətinin Kanberra şəhərindəki fövqəladə və səlahiyyətli səfiri Ufuk Gezer Avstraliyada qastrol səfərində olan KKTC-nin Çağdaş Musiqi Dərnəyinin nümayəndə heyətini səfirlikdə qəbul edib. Səfir Ufuk Gezer bildirib ki, bu heyət Avstraliya tarixində Türkiyə səfirliyini ziyarət edən ən böyük sənətçi qrupu kimi bir ilkə imza atıb.

Uzaq diyardə türk musiqisi
Uzaq diyardə türk musiqisi

Bu barədə BAYRAQDAR MEDİA-ya Dərnəyin rəhbəri Ersin Tunay məlumat verib.

“Gələnəkdən gələcəyə irsimiz – Kıbrıs” adlı musiqili proqramda 500-ə yaxın tamaşaçı iştirak edib
“Gələnəkdən gələcəyə irsimiz – Kıbrıs” adlı musiqili proqramda 500-ə yaxın tamaşaçı iştirak edib

E.Tunay bildirib ki, səfir Ufuk Gezer 1967-ci ildə Türkiyədən Avstraliyaya köç edən ilk türk miqrantlarını hava limanında Kıbrıs türklərinin qarşıladığını xatırladaraq, bunun türk diaspor tarixində mühüm və mənalı bir hadisə olduğunu vurğulayıb. Görüş zamanı “Gələnəkdən gələcəyə irsimiz – Kıbrıs” adlı musiqili tamaşa haqqında məlumat alan səfir kollektivə uğurlar arzulayıb.

Diplomatlar da konsertdə olub
Diplomatlar da konsertdə olub

Sidneydən sonra Melburnda səhnələnəcək musiqili proqramın Kıbrıs türklərinin dünyada mədəni varoluş və kimlik mübarizəsində xüsusi yer tutacağını qeyd edən Ufuk Gezer, bu cür layihələrin tarixi yaddaşın qorunmasına mühüm töhfə verdiyini bildirib.

Görüş zamanı Çağdaş Musiqi Dərnəyinin sədri və bədii rəhbəri Ersin Tünay tərəfindən səfirə xatirə hədiyyəsi təqdim olunub. Daha sonra Kanberra Türkiyə Cümhuriyyəti Səfirliyində bütün heyət üçün rəsmi ziyafət təşkil edilib. Tədbirdən sonra nümayəndə heyəti, CATCYP sədri Nevin Hüseyn və ÇMD sədri Ersin Tünay səfirliyin yanında yerləşən Atatürk büstü önünə əklil qoyaraq hörmətlərini ifadə ediblər.

Türkiyə Cümhuriyyətinin Kanberra şəhərindəki fövqəladə və səlahiyyətli səfiri Ufuk Gezer Avstraliyada qastrol səfərində olan Çağdaş Musiqi Dərnəyinin nümayəndə heyətini səfirlikdə qəbul edib
Türkiyə Cümhuriyyətinin Kanberra şəhərindəki fövqəladə və səlahiyyətli səfiri Ufuk Gezer Avstraliyada qastrol səfərində olan Çağdaş Musiqi Dərnəyinin nümayəndə heyətini səfirlikdə qəbul edib

Ersin Tünay onu da vurğulayıb ki, Çağdaş Musiqi Dərnəyinin Sidneydə səhnələdiyi “Gələnəkdən gələcəyə irsimiz – Kıbrıs” adlı musiqili tamaşa tamaşaçılar tərəfindən dəqiqələrlə ayaqüstə alqışlanıb: “Kıbrıs türk mədəniyyəti və tarixini əks etdirən səhnə əsəri musiqi, rəqs və teatr elementlərini birləşdirərək böyük maraqla qarşılanıb. Konsert proqramında Türkiyə Cümhuriyyətinin Sidney Baş Konsulu Belgin Ergüneş, Liverpul Bələdiyyəsinin başçısı Ned Mannoun, Liberal Partiyanın millət vəkili Tina Ayyad, Dünya Türk İş Şurasının (DTİK) Avstraliya üzrə sədri Hasan Gençtürk, MÜSİAD Avstraliya sədri Hakan Evecek, Yeni Cənubi Uels Çoxmədəniyyətli İdarə Heyətinin üzvü Ömər İncekara və 500-ə yaxın tamaşaçı iştirak edib”.

Sidneydə alqışlarla qarşılanan KKTC-dən olan heyət fevralın 15-də də Melburunda konsert verəcək
Sidneydə alqışlarla qarşılanan KKTC-dən olan heyət fevralın 15-də də Melburunda konsert verəcək

Yeri gəlmişkən, KKTC-dən olan heyət Sidneydən Melburuna yollanır. Çünki Kıbrıs türk toplumunun köç tarixini, mədəni dəyərlərini və ictimai yaddaşını səhnə dili ilə əks etdirən musiqili tamaşa 15 fevral tarixində Melburnda tamaşaçılara təqdim olunacaq.

Onu da qeyd edək ki, layihə Çağdaş Musiqi Dərnəyi, CATCYP və Ada Kıbrıs əməkdaşlığı ilə, KKTC Baş nazirinin müavini və Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin dəstəyi ilə ərsəyə gətirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.