BAYRAQDAR MEDİA – Anadolu Üniversitesinin ev sahibliyi ilə təşkil olunan “Firebird Orchestra” konserti Tələbə Mərkəzinin Yunus Emre salonunda sənətsevərlərlə görüşüb. Dirijor Murat Göktaşın rəhbərliyi ilə çıxış edən orkestr dünya klassikləri və populyar əsərlərdən ibarət zəngin repertuarı ilə dinləyicilərə musiqi dolu unudulmaz bir axşam yaşadıb.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, universitet tələbələrin yalnız akademik deyil, eyni zamanda mədəni və bədii inkişafına töhfə verən tədbirlər silsiləsinə daha bir proqram əlavə edib: “Code Group Production ilə əməkdaşlıq çərçivəsində keçirilən konsertdə Firebird Orchestra dinamik səhnə performansı və zəngin alət tərkibi ilə böyük rəğbət qazanıb. Konsertdə solistlər Evrim Özsuca, Seray Bilen, Sıla Çuhadaroğlu və Ferit Bakır pop, caz və soul janrının sevilən əsərlərini səsləndiriblər. Gecəyə “Stayin’ Alive” mahnısı ilə enerjili başlanğıc verilib. “Diggin’ on James Brown”, “Let’s Get Loud” və “Bad Girls” kimi ifalar isə tamaşaçılara xoş anlar yaşadıb”.









İlk şərhi yaza bilərsiniz