BAYRAQDAR MEDİA – Mayın 1-i görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Tofiq Hacıyevin anadan olmasının 90-ci ildönümüdür. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “iki həftə davam edəcək sərgidə ömrünü milli dilçiliyin və türkologiyanın inkişafına həsr etmiş fədakar ziyalının elmi-dilçilik məsələləri, türkologiya, tərcümə yaradıcılığı ictimaiyyətə təqdim olunur. Onların sırasında “Seçilmiş əsərləri” ikicildliyi, “Azərbaycan ədəbi dili tarixi (təşəkkül dövrü)”, “Füzuli dili”: dil sənətkarlığı”, “Türklər üçün ortaq ünsiyyət dili”, “Dədə Qorqud: dilimiz, düşüncəmiz”, “Azərbaycan ədəbi dili tarixi” (I, II hissə) və digərləri yer alıb”.
Ardınca xəbərdə, “bundan əlavə, türklərin, o cümlədən onların dillərinin tarixindən bəhs edən 5 əsəri – Murad Adcının məşhur “Qıpçaq çölünün yovşanı” (1997), “Sabir: qaynaqlar və sələflər”, həmçinin orta məktəblər üçün “Azərbaycan dili” (IX siniflər üçün), “Azərbaycan dili” (X -XI siniflər üçün) dərslikləri nümayiş etdirilən nəşrlər sırasındadır. Sərgidəki ədəbiyyatla kitabxananın saytındakı elektron kitabxana bölməsində onlayn şəkildə də tanış olmaq mümkündür” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz