Press "Enter" to skip to content

“Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri

"Təmiz hava" tədbirləri

BAYRAQDAR MEDİA – Azərbaycanda keçirilən “Təmiz hava” aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDYPİ-dən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “bu istiqamətdə BDYPİ-nin Ekoloji Nəzarət Bölüyünün stasionar postunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları ilə birgə nəzarət-profilaktik tədbir təşkil olunub. Tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan nasazlıqların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərlə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasının ətraf mühitin qorunması və insanların sağlamlığı baxımından əhəmiyyəti izah olunub”.

Ardınca xəbərdə, “həyata keçirilən nəzarət-profilaktik tədbirlər çərçivəsində əsas diqqət yol hərəkəti iştirakçıları arasında məsuliyyətli davranışın formalaşdırılmasına, nəqliyyat vasitələrinin texniki sazlığının təmin olunmasına və ətraf mühitin mühafizəsinə yönəldilib. Sözügedən İdarə bir daha sürücülərin diqqətinə çatdırıb ki, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət olunması, ətraf mühitin qorunmasına həssas yanaşılması hər bir hərəkət iştirakçısının birbaşa məsuliyyətidir” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.