Press "Enter" to skip to content

Üç fakültəyə yeni dekan təyin olunub

Yeni dekanların təqdimatı

Son yeniləmə: 30 Aprel 2026

BAYRAQDAR MEDİA – Iğdır Universitetində İqtisadi və İdarəetmə Elmləri, Mühəndislik, eləcə də Ədəbiyyat və Təbiət Elmləri fakültələrinə yeni dekanlar təyin edilib. Təyinatlarla bağlı keçirilən təhvil-təslim mərasimində universitetin rektoru professor Ekrem Gürel də iştirak edib.

Bu barədə universitetdən bildirilib.

Məlumata görə, mərasimə universitet rəhbərliyi, akademik heyət və inzibati əməkdaşlar qatılıblar: “Yeni təyinatlara əsasən: İqtisadi və İdarəetmə Elmləri fakültəsinin dekanı – professor Serkan Künü; Mühəndislik fakültəsinin dekanı – professor Mücahit Pehlivan; Ədəbiyyat və Təbiət Elmləri fakültəsinin dekanı – professor Mehmet Ali Kırpık olub. Tədbirdə çıxış edən rektor professor Ekrem Gürel universitetin elmi inkişaf strategiyasına diqqət çəkərək fakültələri ali təhsil ocağının “akademik sütunu” adlandırıb. O bildirib ki, yeni dekanların təcrübəsi universitetin elmi potensialının daha da güclənməsinə töhfə verəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.