Press "Enter" to skip to content

Ümumdünya Autizm Maarifləndirmə ayına həsr olunmuş tədbirlər

Təlimlər

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Qaradağ və Sabunçu Sosial Xidmət Mərkəzlərində valideynlərin maarifləndirilməsi məqsədilə “Autizmə fərqli baxış, eyni dəyər” mövzusunda təlimlər təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “təlimlər çərçivəsində iştirakçılara autizmin mahiyyəti, cəmiyyətə inteqrasiya prosesinin əhəmiyyəti və müasir yanaşmalar barədə ətraflı məlumatlar verilib. Valideynlərə ev şəraitində uşaqların inkişafını dəstəkləyən və onlarla ünsiyyəti asanlaşdıran effektiv işləmə metodları izah edilib. “Aprel – Ümumdünya Autizm Maarifləndirmə ayı” çərçivəsində keçirilən tədbirlər autizmi bir xəstəlik kimi deyil, fərqlilik kimi təqdim edərək valideynlərdə yeni və müsbət bir baxış bucağı formalaşdırmaq məqsədi daşıyıb”.

Ailələr övladlarının davranışlarındakı gizli mesajları daha yaxşı anlamaq və onlarla düzgün ünsiyyət qurmaq bacarıqlarına yiyələniblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.