Press "Enter" to skip to content

AQC-nin yeni komandasının 1 ili

Kollaj

BAYRAQDAR MEDİA – 3 may 2025-ci il tarixində keçirilən VIII Hesabat-Seçki Konfransı AQC-nin tarixində yeni bir mərhələnin başlanğıcı olub. AQC sədri Vüqar Oruc ikinci dəfə Cəmiyyətinin sədri seçilib və komandasına etimad göstərilib.

Ötən 1 il ərzində Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) öz institusional mövqeyini mütləq mənada möhkəmləndirib, peşəkar birlik kimi milli və beynəlxalq səviyyədə nüfuzunu ən yüksək həddə çatdırıb.

Bu fəaliyyətin məntiqi nəticəsi kimi, AQC “İlin ən fəal assosiasiyası” nominasiyası üzrə təltif olunub, Cəmiyyətin İdarə Heyətinin sədri Vüqar Oruc isə yüksək peşəkarlığına və iqtisadiyyata verdiyi töhfələrə görə “İlin iqtisadçı eksperti” seçilib.

Vüqar Orucun yenidən sədr seçilməsi ilə idarəetmənin effektivliyini artırmaq məqsədilə yeni kadr təyinatları həyata keçirilib və AQC-nin idarəetmə strukturu əsaslı şəkildə genişləndirilib. Tanınmış iqtisadçı-ekspertlər AQC-ni seçərək Cəmiyyətin strukturunda yer alıblar.

Qeyd edək ki, AQC-nin ötən bir il ərzində fəaliyyəti və əldə etdiyi nəticələr barədə qurumun saytında ətraflı şərh yerləşdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.