Press "Enter" to skip to content

Qanvermə aksiyası təşkil edilib

Aksiyadan xatirə fotosu

BAYRAQDAR MEDİA– Türk Qızılayı tərəfindən ölkənin qan və qan məhsullarına olan ehtiyacının qarşılanması məqsədilə həyata keçirilən fəaliyyətlər çərçivəsində Eskişehir Osmangazi Universitetində qanvermə kampaniyası keçirilib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, Eskişehir Qızılay Qanvermə Mərkəzi tərəfindən təşkil olunan kampaniya Təhsil fakültəsində başlayıb, Mühəndislik-Memarlıq və Kənd Təsərrüfatı fakültələrində davam edib.

Kampaniya zamanı tələbələrə qanvermənin əhəmiyyəti barədə məlumatlandırıcı tədbirlər də təşkil olunub.

Universitet rəhbərliyi də aksiyaya dəstək verərək qanvermə məntəqəsini ziyarət edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.