Press "Enter" to skip to content

Nazir beynəlxalq yarışlarda yüksək nəticələr qazanmış idmançılarla görüşüb

Nazir beynəlxalq yarışlarda yüksək nəticələr qazanmış idmançılarla görüşüb

BAYRAQDAR MEDİA – Mayın 5-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca “Azərbaycan Respublikasının idman ustası” adına layiq görülən idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib. Daha sonra F.Qayıbov idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirərək onları və məşqçilərini təbrik edib. Nazir bildirib ki, aprel ayı ərzində Dövlət Himni 13 ölkədə səsləndirilib, idmançılar isə ümumilikdə 82 qızıl, 56 gümüş və 70 bürünc medal qazanıblar”.

Tədbir zamanı beynəlxalq yarışlarda əldə olunan nəticələri əks etdirən videoçarx nümayiş etdirilib. Bir sıra idman növləri üzrə nümayəndələr isə iştirak etdikləri yarışlar və əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər.

Sonda nazir idmançılara gələcək yarışlarda da uğurlar arzulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.