Press "Enter" to skip to content

Peşə təhsili protokolu imzalanıb

İmzalanma zamanı

BAYRAQDAR MEDİA – Pamukkale Universiteti, Denizli Əmək və Məşğulluq Qurumu İl Müdirliyi və BİM Birleşik Mağazalar A.Ş. arasında peşə təhsili kursu ilə bağlı əməkdaşlıq protokolu imzalanıb.

Protokol universitetin rektoru Prof. Dr. Mahmud Güngör, İŞKUR-un Denizli üzrə rəhbəri Çağrı Çeliktaş və BİM şirkətinin nümayəndəsi Çiğdem Kumtepe tərəfindən imzalanıb.

Universitetin məlumatına görə, “İxtisaslı İşçi Qüvvəsinin Hazırlanması Proqramı” çərçivəsində təşkil olunacaq kurs 25 nəfərlik kontingent üçün nəzərdə tutulub və ümumilikdə 60 gün davam edəcək.

Mission News Theme by Compete Themes.