BAYRAQDAR MEDİA – Mayın 5-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 36 nömrəli Uşaq Musiqi Məktəbinin və Suraxanı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü illiyinə həsr olunan “İdeyalar yaşayır” adlı tədbir keçirilib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən verilib.
Bildirilir ki, “Suraxanı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan mədəniyyətinin inkişafında, dünyada tanıdılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs olunub. Tədbir dahi şəxsiyyət Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyulması ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib”.
Daha sonra qeyd edilib ki, “tədbirdə məktəbin müəllimləri Ümummilli Lider Heydər Əliyevin sevdiyi mahnıları ifa ediblər. Musiqi nömrələri qonaqlar tərəfindən böyük maraq və alqışla qarşılanıb. Sonra tədbir iştirakçıları Ümummilli Liderin zəngin həyatı, müstəqil Azərbaycanın inkişafı və dövlətçilik uğrunda apardığı mübarizədən bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləyiblər”.






İlk şərhi yaza bilərsiniz