Press "Enter" to skip to content

Özbəkistan nümayəndə heyəti MMU-da

Özbəkistan nümayəndə heyəti MMU-da

BAYRAQDAR MEDİA – Azərbaycan və Özbəkistanın müdafiə nazirlikləri arasındakı hərbi əməkdaşlıq planına əsasən Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Milli Müdafiə Universitetində (MMU) keçirilən görüşdə universitetin yaranma tarixi, fəaliyyəti və tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri barədə brifinqlər təqdim olunub, hərbi təhsil sisteminin cari vəziyyəti təhlil edilib. Səfər çərçivəsində özbəkistanlı qonaqlar MMU-nun Hərbi İdarəetmə İnstitutunda, Xarici Dil Mərkəzində, Hərb Oyunları Mərkəzində və Heydər Əliyev adına Hərbi İnstitutda olublar. Nümayəndə heyətinə tədris prosesi barədə məlumat verilib, onlar müəssisələrin ərazisi və inzibati binalarında yaradılan şəraitlə tanış olublar”.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.