Press "Enter" to skip to content

Aqil Qurbanov “SAHA EXPO 2026” sərgisində

Aqil Qurbanov “SAHA EXPO 2026” sərgisində

BAYRAQDAR MEDİA – Müdafiə nazirinin müavini baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti “SAHA EXPO 2026” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “səfər çərçivəsində nazir müavini Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerlə görüşüb. Keçirilən görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb”.

Ardınca xəbərdə deyilir ki, “sonra nümayəndə heyəti sərgidə dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsalı olan hərbi aviasiya, qlobal aeronavtika, süni intellektlə dəstəklənən innovasiyalar və kosmik tədqiqatlara aid nümunələrlə tanış olub. A.Qurbanov Almaniya, Sudan, Birləşmiş Krallıq, Vyetnam və İtaliya müdafiə nazirliklərini və hərbi sənayə komplekslərini təmsil edən nümayəndə heyətlərinin, eləcə də “ASELSAN”, “Baykar”, “Roketsan”, “TUSAŞ” və “ARCA Savunma” şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlığa dair maraq doğuran məsələlər müzakirə olunub”.

Qeyd edək ki, MN-in tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC sərgidə Azərbaycanı stendlə təmsil edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.