Press "Enter" to skip to content

DDLA Azərbaycanı Londonda daha bir tədbirdə təmsil edib

DDLA Azərbaycanı Londonda daha bir tədbirdə təmsil edib

BAYRAQDAR MEDİA – Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndəsi Beynəlxalq Dəniz Təşkilatının London şəhərində keçirilən Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsinin 84-cü sessiyasında Azərbaycanı təmsil edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə Agentliyin Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin müdiri Fərid Murtuzov iştirak edib. Sessiyada təşkilata üzv dövlətlərin, BMT-nin müvafiq proqramlarının, ixtisaslaşmış agentlik və qurumların nümayəndələri habelə, dövlətlərarası və qeyri-hökumət təşkilatlarından müşahidəçilər bir araya gəliblər”.

Sonra xəbərdə, “sessiya çərçivəsində havanın çirklənməsinin qarşısının alınması, gəmilərin enerji səmərəliliyi, istixana qazları emissiyalarının azaldılması, plastik tullantılarla mübarizə, gəmiçiliklə əlaqədar yaranan sualtı səs şüalanmasının azaldılması mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin işçi qrupların hesabatları və iş planları müzakirə olunub. Sonda müvafiq qərarlar qəbul edilib” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.