BAYRAQDAR MEDİA – Basın İlan Qurumu (BİK) ilə Anadolu Universiteti arasında media və kommunikasiya sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə protokol imzalanıb.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, imza mərasimi Rektorluğun Senato otağında keçirilib: “Tərəflər tələbələrin sektora hazırlanması və praktiki biliklərin artırılması mövzusunu müzakirə ediblər. Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgüzel bu əməkdaşlığın tələbələr üçün yeni imkanlar yaradacağını bildirib. BİK Baş direktoru Abdulkadir Çay isə protokolun media sahəsində körpü rolunu gücləndirəcəyini qeyd edib”.
Protokol çərçivəsində təhsil və sektor təcrübəsini birləşdirən layihələrin həyata keçirilməsi planlaşdırılır.






İlk şərhi yaza bilərsiniz