BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov İkinci Dünya müharibəsi iştirakçısı Ağababa İsgəndərovu 100 yaşının tamam olması münasibəti ilə ziyarət edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “müharibə zamanı Berlin uğrunda gedən döyüşlərdə yaralanan A.İsgəndərova sonralar II dərəcə əlillik təyin olunub. İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi sahəsində Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlər A.İsgəndərovu da əhatə edir. O, aylıq sosial ödənişlərlə təmin edilir. Hər il İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində Prezident İlham Əliyevin imzaladığı Sərəncamlarla ona da birdəfəlik maddi yardım ödənilir. Həmçinin dövlət tərəfindən 3 otaqlı mənzillə və avtomobillə də təmin olunub”.
Daha sonra xəbərdə, “görüş zamanı Agentlik sədri ahılla həmsöhbət olub. Onun bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacağını qeyd edib. A.İsgəndərov müharibə illərinə dair xatirələrini bölüşüb, döyüşlərdə iştirakından danışıb. O, daim möhtəşəm tarixi Zəfərlə, Vətən müharibəsində Azərbaycan hərbçilərinin göstərdiyi şücaətlərlə qürur duyduğunu vurğulayıb. A.İsgəndərov İkinci Dünya müharibəsində iştirakına və igidliyinə görə bir çox medallarla təltif edilib” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz