BAYRAQDAR MEDİA – Paytaxtın Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində ilk dəfə quraşdırılan və Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yenilənən işıqforlar istifadəyə verilib, hərəkət növbəliliyi və piyadaların təhlükəsiz hərəkəti təmin edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətindən daxil olub.
Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində icra edilib.






İlk şərhi yaza bilərsiniz