BAYRAQDAR MEDİA – Ardahan Üniversitesində təhsil alan xarici tələbələr üçün Karsa mədəni ekskursiya təşkil olunub. Proqram çərçivəsində tələbələr şəhərin tarixi və elmi irsi ilə yaxından tanış olublar.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, müxtəlif ölkələrdən gələn iştirakçılar Karsın tarixi abidələrini və memarlıq nümunələrini ziyarət ediblər: “Tədbirin əsas məqsədinin tələbələrin akademik və sosial uyğunlaşmasına dəstək vermək olduğu bildirilib. Ekskursiya zamanı şəhərin mədəni dəyərləri və tarixi haqqında ətraflı məlumat təqdim olunub. Tələbələr həm yeni biliklər əldə edib, həm də bölgənin zəngin mədəniyyəti ilə tanış olublar”.
Universitet rəhbərliyi bu cür tədbirlərin mədəni inteqrasiya baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, oxşar proqramlar gələcəkdə də davam etdiriləcək.






İlk şərhi yaza bilərsiniz