BAYRAQDAR MEDİA – Atatürk Universitetində hazırlanan “Süni intellekt dəstəkli diş analizi ilə məhkəmə və klinik qərar sistemlərinin inkişafı” adlı layihə TÜBİTAK tərəfindən dəstəklənməyə layiq görülüb. Layihəyə Mühəndislik fakültəsinin müəllimi Dr. Ammar Karcıoğlu rəhbərlik edir.
Məlumata görə, tədqiqat çərçivəsində rəqəmsal diş rentgen görüntüləri vasitəsilə insanların yaşının, cinsiyyətinin və bəzi xəstəliklərinin avtomatik müəyyənləşdirilməsi hədəflənir: “Layihənin xüsusilə məhkəmə stomatologiyası sahəsində mürəkkəb hadisələrin araşdırılmasına töhfə verəcəyi bildirilir. Tədqiqatda müxtəlif sahələrdən alimlər və gənc araşdırmaçılar iştirak edirlər”.
Universitet rəhbərliyi bu layihənin həm səhiyyə texnologiyalarına, həm də elmi tədqiqat potensialına mühüm töhfə verəcəyini vurğulayıb.






İlk şərhi yaza bilərsiniz