Press "Enter" to skip to content

BDU ilə AzMİU arasında memorandum imzalanıb

BDU ilə AzMİU arasında memorandum imzalanıb

BAYRAQDAR MEDİA – Mayın 15-də Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində mühüm əməkdaşlıq sənədi imzalanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “belə ki, konfrans zamanı BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumun əsas məqsədi tərəflər arasında elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, innovativ yanaşmaların təşviqi, eləcə də tədris prosesinin təkmilləşdirilməsidir. Sənəd çərçivəsində memarlıq, şəhərsalma və mühəndislik sahələrində birgə layihələrin həyata keçirilməsi, konfrans və seminarların təşkili, beynəlxalq əməkdaşlıq imkanlarının artırılması nəzərdə tutulur”.

Sonra xəbərdə, “qeyd edilib ki, bu əməkdaşlıq ali təhsil müəssisələri arasında inteqrasiyanın gücləndirilməsi, ölkənin davamlı şəhər inkişafı strategiyasına töhfə verəcək yüksək ixtisaslı kadrların hazırlanması və elmi potensialın daha səmərəli şəkildə birləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Memorandumun imzalanması beynəlxalq konfransın mühüm nəticələrindən biri kimi qiymətləndirilir və gələcəkdə birgə fəaliyyət üçün geniş perspektivlər açır” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.