BAYRAQDAR MEDİA – 17-22 may tarixlərində Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçirilir. Mötəbər tədbirdə onlarla ölkədən dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, sahə üzrə tanınmış ekspertlər iştirak edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “mayın 18-də mədəniyyət nazirinin müavinləri Fərid Cəfərov və Səadət Yusifovanın sessiyada iştirak edən UNESCO-nun Dünya İrs Mərkəzinin (World Heritage Centre) direktoru Lazare Eloundou Assomo ilə görüşü keçirilib. Söhbət zamanı WUF13 kimi nüfuzlu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin Azərbaycan üçün əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Azərbaycanda, xüsusilə də onun işğaldan azad olunan ərazilərində müasir şəhərsalmanın uğurlu həllərindən geniş istifadə edilir. L.E.Assomo tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyib, Azərbaycan tərəfinə təbriklərini çatdırıb”.
Görüşdə Azərbaycan ilə Dünya İrs Mərkəzi arasında əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.






İlk şərhi yaza bilərsiniz