Press "Enter" to skip to content

Nazir Milli qəhrəmanların ailələrinə medallar təqdim edib

Nazir Milli qəhrəmanların ailələrinə medallar təqdim edib

BAYRAQDAR MEDİA – Mayın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənov,  müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi  general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və Nazirliyin digər vəzifəli şəxsləri şəhid Milli qəhrəmanlar Qurbanov Vaqif Bəxtiyar oğlu və Teymurov Pəncəli Nurməmməd oğlunun ailə üzvləri ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “MN-də keçirilən görüşdə Z.Həsənov döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verib. Nazir Vətən uğrunda şəhid olanların xatirəsinin hər zaman uca tutulduğunu, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq tapşırıqlarına əsasən şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin daim prioritet məsələ olduğunu xüsusi vurğulayıb. Nazir Şanlı Zəfərdən söz açıb, şəhidlərin döyüş meydanında göstərdikləri qəhrəmanlıq, şücaət və igidlik nümunələrindən qürurla danışıb”.

Daha sonra xəbərdə, “bildirilib ki, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə ilk hərbi təyyarəçi Qurbanov Vaqif Bəxtiyar oğlu və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu Teymurov Pəncəli Nurməmməd oğlu Prezidentin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunublar. Təltif olunma barədə sərəncam oxunduqdan sonra Z.Həsənov tərəfindən şəhid qəhrəmanların ailə üzvlərinə “Qızıl Ulduz” medalı və vəsiqəsi təqdim edilib” deyə qeyd edilir.

Sonda şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya, həmçinin şəhidlərin xatirəsinin daim uca tutulduğuna görə ölkə və MN-in rəhbərliklərinə minnətdarlıqlarını bildiriblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.