BAYRAQDAR MEDİA – Cari il üçün təsdiq olunmuş hazırlıq planına uyğun olaraq Müdafiə Nazirliyinin (MN) Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) N hərbi hissəsində inspeksiya yoxlaması keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “əvvəlcə yoxlamanın başlanması münasibəti ilə Döyüş bayrağı sıra meydanına gətirilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib. Şəxsi heyətə və maddi-tədris bazasına keçirilən sıra baxışı hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi ilə sona çatıb. Yoxlama zamanı silah və texnikanın, maddi-texniki təminat vasitələrinin varlığı və vəziyyəti yoxlanılıb”.
Ardınca xəbərdə, “həmçinin bölmələrin ərazidə operativ-taktiki və qərargah fəaliyyətləri qiymətləndirilib. Eyni zamanda, hərbi qulluqçuların fiziki və atəş hazırlıqlarının yoxlanılması məqsədi ilə onlardan fərdi qaydada normativlər qəbul edilib. İnspeksiya yoxlamasının sonunda hərbi qulluqçuların nəzəri və praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmətin müasir tələblər çərçivəsində təşkili istiqamətində aidiyyəti şəxslərə müvafiq tövsiyələr verilib” deyə diqqətə çatdırılır.






İlk şərhi yaza bilərsiniz