Press "Enter" to skip to content

Yozgat Bozok Universitetindən beynəlxalq uğur

BAYRAQDAR MEDİA – Yozgat Bozok Universitetinin tələbələrindən ibarət “Bio Helix” komandası beynəlxalq “Wooden Bridge Construction Competition” yarışında böyük uğur qazanıb. Komanda yüksək yükdaşıma performansına görə birinci yerə layiq görülüb. Eyni zamanda estetik dizaynına görə “Ən yaxşı estetik layihə” mükafatını da əldə edib.

Universitetin məlumatında deyilir ki, layihə həm mühəndislik baxımından, həm də memarlıq yanaşması ilə münsiflərin diqqətini çəkib: “Komandaya universitetin müəllimləri Hüseyn Okan Anadut və Özge Zenter rəhbərlik edib. Universitet rəhbərliyi tələbələrin beynəlxalq uğurunun qürurverici olduğunu bildirib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.