BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Beynəlxalq reytinqdə (QS) təmsilolunma və impakt faktorlu elmi jurnallarda dərc olunma” mövzusunda seminar təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirdə Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov, Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov, Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov və ali təhsil müəssisəsinin professor-müəllim heyəti iştirak edib. Aİİ-nin İlahiyyat fakültəsinin dekanı, Dos. Elnurə Əzizova seminarda ali təhsil müəssisələrinin “Quacquarelli Symonds”da (QS) təmsil olunmasının üstünlüklərindən bəhs edib. O bildirib ki, QS-də iştirak beynəlmiləlləşmə, beynəlxalq nüfuzun artırılması və akademik əməkdaşlıq kimi institusional inkişaf baxımından strateji əhəmiyyət daşıyan istiqamətlər üzrə ali təhsil müəssisələrinin akademik sistemdə tanınmasına xidmət edir”.
Sonra xəbərdə, “E.Əzizova QS Dünya Universitetləri reytinqləri, QS Regional Reytinqləri və QS İxtisas reytinqlərində iştirak üçün tələb olunan meyarlar barədə məlumat verib. O, 2026-cı il QS İxtisas reytinqlərində ilahiyyat sahəsi üzrə ilk onluqda Notr-Dam Universiteti (ABŞ), Oksford Universiteti (İngiltərə), Harvard Universiteti (ABŞ), Durham Universiteti (İngiltərə), Boston Universiteti (ABŞ), Çikaqo Universiteti (ABŞ), Kembric Universiteti (İngiltərə), Löven Katolik Universiteti (Belçika), Dyuk Universiteti (ABŞ) və Yel Universiteti (ABŞ) kimi nüfuzlu ali təhsil müəssisələrinin yer aldığını diqqətə çatdırıb. Bununla yanaşı, Aİİ-nin növbəti QS İxtisas reytinqləri mərhələlərində iştirakı üçün tələb olunan şərtlər, xüsusilə Scopus bazasında indekslənən elmi məqalələrin sayı ilə bağlı meyarlar professor-müəllim heyətinin diqqətinə çatdırılıb” deyə bildirilir.
Seminarın impakt faktorlu elmi jurnallarda nəşr mövzusuna həsr olunan ikinci hissəsində isə Aİİ-nin professor-müəllim heyətinin WoS və Scopus kimi elmmetrik bazalarda indekslənən jurnallarda elmi nəşrlərinin sayının artırılması istiqamətində görülmüş işlər barədə hesabat təqdim olunub, həmçinin bu prosesin stimullaşdırılması ilə bağlı təkliflər səsləndirilib.






İlk şərhi yaza bilərsiniz