Press "Enter" to skip to content

“Gülüstan” tamaşasının premyerası olub

“Gülüstan” tamaşasının premyerası olub

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin və Gəncə Dövlət Milli Dram Teatrının repertuar siyasətinə əsasən teatrda böyük maraqla gözlənilən “Gülüstan” adlı yeni səhnə əsərinin premyerası böyük uğurla gerçəkləşib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrdan daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “Azərbaycanın Şanlı Zəfər salnaməsinin səhnə təcəssümü olan bu səhnə əsəri real həyat həqiqətləri əsasında ərsəyə gəlib. Tamaşa 44 günlük Vətən müharibəsinin ədəbi və bədii bütövlüyünü özündə əks etdirir. Müqəddəs qələbəyə, şəhidlərin əziz ruhuna, qazilərə və müharibə veteranlarına ithaf olunan səhnə əsəri teatra dəvət olunmuş gənc və istedadlı rejissor Fuad Cavadzadənin fərqli və maraqlı traktovkasında geniş ictimaiyyətə təqdim olunub. Yeni yaradıcılıq işinin ərsəyə gəlməsində peşəkar heyət çalışıb. Tamaşanın müəllif və quruluşçu rejissoru F.Cavadzadə, quruluşçu rəssam Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadov, qrafik işləri Sübhan İbrahimov, məsləhətçisi isə Şahmar Məmmədovdur”.

Daha sonra xəbərdə, “yüksək vətənpərvərlik ruhu və dinamik ab-hava ilə seçilən səhnə əsərində Gəncə teatrının böyük yaradıcı heyəti yer alıb. Tamaşada əməkdar artistlər Ramiz Vəliyev, Novruz CəfərovKəmalə Məmmədova başda olmaqla, bütövlükdə teatrın 22 nəfərdən çox aktyor heyəti çıxış edərək yaddaqalan obrazlar canlandırıblar. Premyera tamaşaçılar və mədəniyyət ictimaiyyəti tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.