BAYRAQDAD MEDİA – Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda yan tədbir təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETSN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbir şəhərlərdə iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlılığın gücləndirilməsində, xüsusilə ekstremal təbiət hadisələrinin ətraf mühitə, şəhər infrastrukturuna, yaşayış sahələrinə vurduğu zərərlərin azaldılmasında, həyat xilas edən elmi əsaslı qərarların qəbulunda çoxriskli erkən xəbərdarlıq sistemlərinin roluna həsr edilib. Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev (videomesaj), Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dimitris Avramopulos çıxış ediblər”.
Daha sonra xəbərdə bildirilir ki, “panel müzakirələrində ETSN-in, BMT-nin Ətraf Mühit Proqramının, Finlandiya Meteorologiya İnstitutunun, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin və Türkiyə Dövlət Meteorologiya Xidmətinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, BMT-nin Baş katibi tərəfindən 2022-ci ildə “Hamı üçün erkən xəbərdarlıq” (EW4ALL) təşəbbüsü irəli sürülüb. Azərbaycan BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Yaşıl İqlim Fondunun (GCF) dəstəyi ilə “Azərbaycanda dayanıqlılığın artırılması üçün iqlim məlumatlarının və çoxriskli erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi” layihəsini həyata keçirməyi planlaşdırır”.






İlk şərhi yaza bilərsiniz