Press "Enter" to skip to content

Gənclərin inklüziv şəhər təşəbbüslərindən bəhs edilib

Tədbir zamanı

Son yeniləmə: 20 May 2026

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Rezonans” Gənclərin İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsi çərçivəsində fəaliyyətə başlanılıb.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Əhməd N.Abbasbəyli çıxış edərkən
Əhməd N.Abbasbəyli çıxış edərkən

Bildirilib ki, iyunun 19-da layihənin fəaliyyət planına uyğun olaraq ilk tədbir Bakı şəhərində yerləşən WUF-13 NGO Agency Pavilion-da keçirilib: “Tədbiri “Rezonans” Gənclərin İctimai Birliyinin sədri Toğrul Abbasbəyli açaraq təşkilat və layihə barədə ətraflı məlumat verib, daha sonra sözü ekspertlərə təqdim edib.“Cəmiyyətin İnkişafı Mərkəzi” İB-nin sədri Əhməd N.Abbasbəyli “WUF-13: Bakı və inklüziv imkanlar – qanunvericiliyin tələbləri və reallıq” mövzusunda, “Biosfer” İB-nin sədri Qorxmaz İbrahimli isə “Şəhərsalma və ətraf mühit: ekoloji problemlər” mövzusunda çıxış edərək iştirakçılara ətraflı məlumat veriblər”.

Tədbir iştirakçıları
Tədbir iştirakçıları

Məlumata əsasən, tədbir zamanı iştirakçıların sualları cavablandırılıb, mövzular ətrafında müzakirələr aparılıb.

Qoxmaz İbrahimli çıxış edərkən
Qoxmaz İbrahimli çıxış edərkən

Tədbirin sonunda “Rezonans” GİB-nin icraçı direktoru Məhəmmədəli Mərdanov layihəyə və tədbirə göstərilən maraq və diqqətə görə iştirakçılara təşəkkür edib.

Tədbir iştirakçılarına və pavilyon ziyarətçilərinə layihə çərçivəsində Azərbaycan və ingilis dillərində çap olunan bukletlər paylanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.