Press "Enter" to skip to content

“Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı”

Tədbirdən foto

Son yeniləmə: 20 May 2026

BAYRAQDAR MEDİA – “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda Bakı Təşəbbüs Qrupunun “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusuna həsr olunmuş tədbiri keçirilib.

Bu barədə Agentlikdən məlumat verilib.

Məlumata görə, tədbirdə indiki və keçmiş müstəmləkələri təmsil edən Qlobal Cənub Gənclər Platformasının üzvləri – gənc tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müxtəlif təşkilatların nümayəndələri iştirak ediblər.

Müzakirələrdə müstəmləkə və neokolonial idarəetmə sistemlərinin doğurduğu dərin sosial-iqtisadi nəticələri, urbanizasiya prosesləri nəticəsində formalaşan struktur bərabərsizlikləri, mənzil təminatı sahəsində çağırışlar, eləcə də bu amillərin yerli əhali üzərində yaratdığı genişmiqyaslı və çoxşaxəli təsirlər diqqət mərkəzində olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.