Press "Enter" to skip to content

AQTA Cenevrədə tədbirdə həmsədr qismində

AQTA Cenevrədə tədbirdə həmsədr qismində

BAYRAQDAR MEDİA – Cenevrə şəhərində keçirilən 79-cu Ümumdünya Səhiyyə Assambleyası çərçivəsində “Qidalanma çatışmazlıqlarının aradan qaldırılmasında tərəqqi və öhdəliklər: qidaların vitamin və minerallarla zənginləşdirilməsinin genişləndirilməsi” mövzusunda təşkil olunan beynəlxalq tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həmsədr qismində iştirak edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirin əsas məqsədi 2023-cü ilin may ayında qəbul edilmiş WHA76.19 qətnaməsi üzrə ilk rəsmi tərəqqi hesabatını təqdim etmək, həmçinin mikronutrient çatışmazlığı ilə mübarizə istiqamətində qlobal əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Tədbirdə Agentliyin Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova məruzə ilə çıxış edib. Çıxış zamanı Azərbaycanın qidaların zənginləşdirilməsi sahəsində regionun lider ölkələrindən biri olduğu vurğulanıb. Bildirilib ki, bunun əsasını “Qida təhlükəsizliyi haqqında” Qanunda qida məhsullarının zənginləşdirilməsinə dair hüquqi mexanizmlərin təsbit edilməsi və bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər təşkil edir”.

Tədbirdə müxtəlif ölkələrin hökumət nümayəndələri, beynəlxalq təşkilatların ekspertləri və qidalanma sahəsində fəaliyyət göstərən tərəfdaş qurumların təmsilçiləri iştirak ediblər. Tədbir çərçivəsində qidaların zənginləşdirilməsi sahəsində beynəlxalq təcrübə, mövcud çağırışlar və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.