Press "Enter" to skip to content

Həftəsonu yollardakı vəziyyətlə bağlı xəbərdarlıq

Həftəsonu yollardakı vəziyyətlə bağlı xəbərdarlıq

BAYRAQDAR MEDİA – Müşahidələr göstərir ki, bir qayda olaraq həftəsonu paytaxt və bölgələr arasında hərəkət intensivliyi yüksəlir. Hər iki istiqamət üzrə səfərlərin sayının artması nəticəsində, xüsusilə avtomagistrallarda nəqliyyat sıxlığı yaranır ki, bu da qəza riskinə təsirsiz ötüşmür.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.

Xəbərdə qeyd olunur ki, “BDYPİ bildirib ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə, respublika ərazisində nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib. Bununla yanaşı qeyd olunmalıdır ki, bəzi hallarda sürücülər tərəfindən qaydalara əməl olunmaması, texniki nasazlıq, tələskənlik və diqqətsizlik nəticəsində ağır yol-nəqliyyat hadisələri qaçılmaz olur”.

Ardınca xəbərdə, “belə halların qarşısını almaq üçün sözügedən İdarə bir daha sürücülərə müraciət edib. BDYPİ vurğulayıb ki, səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlamaq, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmamaq, sürət həddinə və ötmə-manevretmə qaydalarına ciddi riayət etmək, hazırda mövsüm üçün xarakterik olan yağmurlu hava şəraitini, yoldakı real vəziyyəti nəzərə almaq, uzaq məsafələrə səfərləri fasilələrlə qət etmək, yorğun, yuxusuz halda sükan arxasına əyləşməmək lazımdır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.