Press "Enter" to skip to content

Şəhərlərin inkişafı davamlı dəyişiklik və yenilənmə prosesidir

Vüqar İskəndərov çıxış edərkən

Vüqar İskəndərov: Bu baxımdan əsas məqsəd ərazilərin balanslı inkişafını təmin etmək, şəhər və kəndlər arasında harmoniyanı qorumaq və yaşıllaşdırma kimi vacib istiqamətləri genişləndirməkdir

BAYRAQDAR MEDİA – Mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşlığı ilə “İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə” mövzusunda panel sessiya təşkil olunub.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Məlumata görə, tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov qeyd edib ki, şəhərlərin inkişafı davamlı dəyişiklik və yenilənmə prosesidir; “Bu baxımdan əsas məqsəd ərazilərin balanslı inkişafını təmin etmək, şəhər və kəndlər arasında harmoniyanı qorumaq və yaşıllaşdırma kimi vacib istiqamətləri genişləndirməkdir. Tarixi baxımdan müxtəlif mərhələlərdən keçmiş şəhərlərin müasir dövrdə daha dayanıqlı və inkişaf etmiş formaya gətirilməsi mühüm nailiyyətdir. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri bu modelin ən bariz nümunəsidir. Burada həyata keçirilən layihələr inklüzivlik, sosial bərabərlik və müasir şəhər standartları əsasında qurulur”.
Məlumatda deyilir ki, tədbir çərçivəsində iştirakçılar urbanizasiya, sosial inklüzivlik, mənzil siyasəti, təhlükəsiz şəhər infrastrukturu, ictimai iştirakçılıq və yaşıl maliyyələşmə mexanizmləri üzrə fikir mübadiləsi apararaq, beynəlxalq təcrübələr və yerli yanaşmaları müzakirə ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.