Press "Enter" to skip to content

Strateji Ekoloji Qiymətləndirmənin şəhərsalma planlaşdırmasında rolu

Strateji Ekoloji Qiymətləndirmənin şəhərsalma planlaşdırmasında rolu

BAYRAQDAR MEDİA – Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) birgə təşkilatçılığı ilə “Strateji Ekoloji Qiymətləndirmə şəhərsalma planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” mövzusunda tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETSN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Mariyasin, iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Maimunah Mohd Şərif, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts çıxış edib”.

Panel müzakirələrində ETSN, Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi, Sloveniya Ətraf Mühit, İqlim və Enerji Nazirliyi, Niderland Ekoloji Qiymətləndirmə Komissiyasının (hibrid) nümayəndələri və ETSN yanında İctimai Şuranın üzvləri iştirak edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.