Press "Enter" to skip to content

WUF13 çərçivəsində qida təhlükəsizliyinə nəzarət – VİDEO

WUF13 çərçivəsində qida təhlükəsizliyinə nəzarət

BAYRAQDAR MEDİA – Beynəlxalq tədbirlər zamanı qida təhlükəsizliyinə sistemli nəzarət iştirakçıların sağlamlığının qorunması və etibarlı mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, ““AQTA hara baxır?” layihəsinin yeni buraxılışında beynəlxalq tədbirlər zamanı qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən nəzarət tədbirlərindən bəhs olunur. Materialda WUF13 tədbiri zamanı AQTA əməkdaşlarının iş prosesi nümayiş etdirilir. Tədbirin keçirildiyi əsas məkan olan Bakı Olimpiya Stadionu ərazisində aparılan monitorinqlər, qida məhsullarının yoxlanılması və nümunələrin götürülməsi mərhələləri əks olunur. Eyni zamanda, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) səyyar laboratoriyalarında aparılan çevik və dəqiq analiz prosesi də izləyicilərə təqdim edilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.