Press "Enter" to skip to content

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “tədbirdə FHN Bakı Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov, Akademiyanın rəis müavini polkovnik-leytenant Tamerlan Allahverdiyev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan T.Allahverdiyev görüşün əhəmiyyətindən danışaraq bu səpkili tədbirlərin kursantların hərtərəfli hazırlığına mühüm töhfə verdiyini bildirib. Rəis müavini qeyd edib ki, nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılması təhsil prosesinin əsas prioritet istiqamətlərindən biridir və belə görüşlər kursantların peşəkar dünyagörüşünün formalaşmasında, onların xidmət fəaliyyətinə hazırlanmasında, eləcə də operativ qərarvermə bacarıqlarının inkişafında mühüm rol oynayır”.

Daha sonra xəbərdə, “E.Məhərrəmov qurumun fəaliyyət istiqamətləri, əsas vəzifə və funksiyaları barədə ətraflı məlumat verib. Mərkəzin rəisi bildirib ki, Bakı Regional Mərkəzi fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması, əhalinin təhlükəsizliyinin təmin olunması və aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyətin təşkili istiqamətində mühüm funksiyalar həyata keçirir. Həmçinin, qeyd olunub ki, fövqəladə hallar zamanı çevik və koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə şəxsi heyətin peşə hazırlığı və operativ hazırlıq səviyyəsinin daim yüksəldilməsi diqqət mərkəzində saxlanılır. E.Məhərrəmov Bakı Regional Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər, əhali arasında aparılan maarifləndirmə işləri və fövqəladə hallara hazırlıq sahəsində görülən işlərdən də bəhs edib. O, kursantlara gələcək xidmət fəaliyyətlərində peşəkarlıq, məsuliyyət və vətənpərvərlik keyfiyyətlərinin vacibliyini tövsiyə edib” dyeə bildirilir.

İnteraktiv formatda keçirilən tədbir zamanı kursantlar fəallıq nümayiş etdirib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.