Press "Enter" to skip to content

Erciyes Universiteti SAHA İstanbul sənaye klasterinə üzv qəbul olunub

Erciyes Universiteti

BAYRAQDAR MEDİA – Erciyes Universitetinin Müdafiə Sənayesi Koordinatorluğunun başladığı müraciət prosesinin tamamlanmasından sonra ali təhsil müəssisəsi SAHA İstanbulun üzvlüyünə qəbul edilib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumatda deyilir ki, SAHA İstanbul Türkiyənin müdafiə, aviasiya və kosmik sənaye sahələrində fəaliyyət göstərən ən böyük sənaye klasterlərindən biri hesab olunur və yüzlərlə şirkəti, universiteti və elmi-tədqiqat qurumunu bir araya gətirir: “Bu platforma yerli texnologiyaların inkişafı, kritik sahələrdə istehsal imkanlarının artırılması və beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədilə fəaliyyət göstərir. Üzvlük sayəsində universitetin müəllim və tələbələri müdafiə sənayesinin real ehtiyaclarına uyğun elmi-tədqiqat layihələrində iştirak etmək imkanı əldə edəcəklər. Eyni zamanda tələbələr üçün təcrübə və məşğulluq imkanlarının genişlənməsi, sənaye nümayəndələri tərəfindən təlimlərin keçirilməsi nəzərdə tutulur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.