Press "Enter" to skip to content

ÇOMÜ nümayəndə heyəti Baş Qərargahı ziyarət edib

BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universitetinin (ÇOMÜ) rəhbərliyi Ankara səfəri çərçivəsində Tez-Koop-İş Həmkarlar İttifaqının Baş Qərargahında görüş keçirib. Universitetin rektoru professor R. Cüneyt Erenoğlu, rektorun müavini professor Arda Aydın və Texniki İşlər İdarəsinin rəhbəri Sinan Karabulğudan ibarət nümayəndə heyəti ittifaqın sədri Haydar Özdemiroğlu və baş katibi Hakan Bozkurtla bir araya gəlib.

Bu barədə universietin məlumatında qeyd edilib.

Bildirilib ki, görüşdə universitetdə çalışan həmkarlar ittifaqı üzvlərinin əmək şəraiti, sənaye münasibətləri və universitetlə ittifaq arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub: “Tərəflər qarşılıqlı etimada əsaslanan dialoq mexanizmlərinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar. Rektor Erenoğlu bildirib ki, iş mühitində sabitlik və tərəfdaşlarla davamlı əməkdaşlıq universitetin uğurunun əsas şərtlərindən biridir. O, Tez-Koop-İş rəhbərliyinə göstərilən qonaqpərvərliyə və konstruktiv münasibətə görə təşəkkür edərək, əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyini qeyd edib”.

Səfər xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.