BAYRAQDAR MEDİA – Iğdır Universitetinin rektoru Prof. Dr. Ekrem Gürel Düzce Universitetinin rektoru Prof. Dr. Nedim Sözbirə cavab səfəri həyata keçirib. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında gələcəkdə reallaşdırıla biləcək akademik əməkdaşlıq layihələri, birgə elmi tədqiqatlar və institusional təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Bu barədə Iğdır Univeristetinin məlumatında qeyd edilib.
Məlumata görə, Ekrem Gürel bildirib ki, universitetlərin malik olduğu potensialın ortaq platformalarda birləşdirilməsi həm tələbələr, həm də akademik mühit üçün əlavə dəyər yaradacaq: “O, bu səfərin iki universitet arasında dostluq və elmi əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəyinə inandığını vurğulayıb və göstərilən qonaqpərvərliyə görə professor Nedim Sözbirə təşəkkür edib”.
Düzce Universitetinin rektoru isə Iğdır Universitetinin son dövrlərdə həyata keçirdiyi layihələri və inkişafını yaxından izlədiklərini bildirib. O, ali təhsil müəssisələri arasında bu cür qarşılıqlı əlaqələrin regional və milli inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Görüş qarşılıqlı hədiyyələrin təqdim olunması və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz