Press "Enter" to skip to content

Asılılıqlarla mübarizə sahəsində əməkdaşlıq

Süleyman Demirel Üniversiteti Araşdırma və Tətbiq Xəstəxanası

BAYRAQDAR MEDİA – Süleyman Demirel Universiteti ilə Türkiyə Yaşılay Cəmiyyəti və Türkiyə Yaşılay Fondu arasında asılılıqlarla mübarizə sahəsində əməkdaşlıq protokolu imzalanıb. Sənəd təhsil, maarifləndirmə, elmi araşdırmalar və reabilitasiya istiqamətlərində birgə fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.

Universitetdən verilən məlumata görə, protokolun əsas məqsədi asılılıqların qarşısının alınması, profilaktik tədbirlərin gücləndirilməsi və universitetlə vətəndaş cəmiyyəti qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsidir: “Razılaşmaya əsasən universitetin tələbə və əməkdaşları üçün seminarlar, konfranslar, təlimlər və maarifləndirici tədbirlər təşkil olunacaq. Bununla yanaşı, Yaşılay Məsləhət Mərkəzinin benefisiarlarının universitetdə fəaliyyət göstərən müxtəlif emalatxana və praktik proqramlardan yararlanması üçün imkanlar yaradılacaq”.

Məlumatda deyilir ki, tərəflər asılılıq mövzusunda milli və beynəlxalq elmi layihələrin, nəşrlərin və sosial məsuliyyət proqramlarının birgə həyata keçirilməsini də planlaşdırırlar.

Bildirilib ki, bu əməkdaşlıq akademik biliklə praktiki təcrübəni birləşdirərək cəmiyyətdə sağlam həyat tərzinin təşviqinə və maarifləndirmənin güclənməsinə xidmət edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.