Press "Enter" to skip to content

Əməkdaşlıq protokolu imzalanıb

İmzalama mərasimi

BAYRAQDAR MEDİA – Anadolu Universiteti beynəlmiləlləşmə strategiyası çərçivəsində Kosovonun nüfuzlu ali təhsil müəssisələrindən olan Haxhi Zeka Universiteti ilə akademik əməkdaşlıq protokolu imzalayıb. Sənəd təhsil, elmi araşdırmalar, akademik mübadilə proqramları və birgə layihələrin həyata keçirilməsini əhatə edir.

Əməkdaşlıq Avropa Birliyinin dəstəklədiyi COST DigiNet layihəsi çərçivəsində başlanmış elmi əlaqələrin davamı kimi rəsmi status qazanıb.

Anadolu Universitetindən verilən məlumata görə imzalanma mərasimində tərəflər universitetlər arasında elmi əməkdaşlığın genişləndirilməsi və beynəlxalq görünürlüğün artırılması istiqamətində yeni imkanları müzakirə ediblər: “Protokol çərçivəsində tələbə və müəllim mübadiləsinin təşviq edilməsi, ortaq elmi araşdırmaların aparılması və beynəlxalq akademik şəbəkələrin inkişaf etdirilməsi nəzərdə tutulur. Bildirilib ki, COST DigiNet layihəsi ilə başlayan əməkdaşlıq gələcəkdə müxtəlif sahələri əhatə edən yeni layihələrlə daha da genişləndiriləcək. Universitet rəhbərliyi bu razılaşmanın elmi istehsala, bilik mübadiləsinə və mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.