BAYRAQDAR MEDİA – Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailələrin hüquqi maarifləndirilməsi” layihəsi çərçivəsində Ağsu rayon Şahmat Məktəbində tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri, layihənin rəhbəri İlham Əliyev ilk öncə “Ailələrin hüquqi maarifləndirilməsi” layihəsinin maliyyələşməsinə göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentlyinə təşəkkürünü bildirib.
Layihə rəhbəri cəmiyyətin inkişafında ailənin rolundan danışıb. Bildirib ki, ailədə mehribanlıq, sağlam həyat tərzi olarsa cəmiyyətdə möhkəm və güclü olar: “Cəmiyyətin inkişafında ailənin rolu önəmlidir. Ailələrdə yetişən gənc nəsil adət ənənələrə və dəyərlərə bağlı ruhda böyüməli və cəmiyyətin inkişafına töfhələr verməyə çalışmalıdır”.

Sosioloq Elçin Bayramlı çıxışında ailələrdə uşaqların rolundan və onların hüquqlarından danışıb. Bildirib ki, uşaqlar ailənin güzgüsüdür. Uşaqların cəmiyyətdə fəaliyyəti, özlərini necə təqdim etmələri, həmin ailənin xarakterini ortaya qoyur.
Ağsu rayon İcra Hakimiyyətinin nümayəndəsi Kənan Tağızadə bildirib ki, dövlətin dəstəyi, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan ailəsi mehribanlığı ilə seçilir və tanınır: “Ailələr hər cür dəstəklə əhatə olunurrlar və hər bir ailə üzvünün hüquqları qanunvericiliyin tələbinə uyğun olaraq qorunur”. O, ailə üzvlərinin hüquqlarının qorunması üçün müvafiq addımların atıldığını, qanunların qəbul edildiyini söylədi.
YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, Ağsu MKS-in əməkdaşı Kəmalə Mutəllibova, rayon ictimaiyyətinin nümayəndələri Elcan Məmmədov, Leyla Abbasova və digərləri də mövzu ilə bağlı öz fikirlərini qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.






İlk şərhi yaza bilərsiniz