BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Dövlətçiliyimizin sabitlik və inkişaf mərhələsi” adlı lektoriya keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının və MEK-in birgə təşkilatçılığı ilə keçirilən tədbirdə öncə müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin kitabxanadakı büstü ziyarət olunaraq əziz xatirəsi dərin ehtiramla yad edilib, önünə gül dəstələri düzülüb. Lektoriyada Dövlət Himni səsləndirilib, H.Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov tədbiri giriş sözü ilə açaraq xalqın yaddaşında və taleyində mühüm dönüş nöqtəsinə çevrilən 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə iştirakçıları təbrik edib. Direktor bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə H.Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı dərin siyasi böhrandan, parçalanma və vətəndaş qarşıdurması təhlükəsindən xilas edərək sabitlik və inkişafın əsasını qoyub”.
Daha sonra xəbərdə, “çıxışı zamanı Ulu Öndərin kitabxana quruculuğu ilə bağlı siyasətinə də toxunan direktor Heydər Əliyevin kitabxanaları məhv olmaq təhlükəsindən xilas etdiyini diqqətə çatdırıb. O, vurğulayıb ki, 90-cı illərin əvvəllərində başlanan kütləvi özəlləşdirmə dalğasında kitabxana binalarının zəbt edilməsinin, qiymətli fondların dağıdılmasının qarşısını məhz Ulu Öndərin qətiyyəti aldı. Onun imzaladığı fərmanlarla kitabxanaların özəlləşdirilməsi qəti qadağan edildi. 1998-ci ildə ölkə tarixində ilk dəfə “Kitabxana işi haqqında” Qanunun qəbul edilməsi bu sahənin hüquqi bazasını möhkəmləndirdi” deyə vurğulayıb.
Direktor qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənir.
Daha sonra çıxış edənlər H.Əliyevin Azərbaycan xalqının taleyində, onun siyasi, ictimai və mənəvi həyatında oynadığı müstəsna roldan bəhs edib.






İlk şərhi yaza bilərsiniz