BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir kİ, “Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, FHN Bakı Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsində idarə rəisinin müavini Namiq Bağırzadə, Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş leytenant Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov və Mərkəzin şəxsi heyəti iştirak edib. Tədbirdə çıxış edənlər 15 iyun 1993-cü il ərəfəsində Azərbaycanda cərəyan etmiş hadisələr barədə ətraflı məlumat verib, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Lider 1993-cü ilin iyun ayında sonsuz məhəbbətlə sevdiyi xalqının çağırışına səs verdi və həyatını riskə ataraq Azərbaycanı parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, dövlət müstəqilliyini qorudu və möhkəmləndirdi”.
Ardınca xəbərdə, “bildirilib ki, Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edərək regionun liderinə və dünya birliyinin nüfuzlu üzvlərindən birinə çevrilib. Sonra H.Əliyevin həyat və fəaliyyətinə, Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş olunub” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz