Press "Enter" to skip to content

Erol Güven: Azərbaycanlı tələbələr bizim üçün çox dəyərlidir

BAYRAQDAR MEDİA – “Azərbaycanlı tələbələr bizim üçün çox dəyərlidir. Universitetimizdə onlar üçün müxtəlif imkanlar təqdim edirik”.

Bunu BAYRAQDAR MEDİA-ya müsahibəsində – Kuzey Kıbrıs Türk Cümhuriyyətində fəaliyyət göstərən Rauf Denktaş Universitetinin Beynəlxalq Əlaqələr Bölümünün rəhbəri Erol Güven deyib. Onunla müsahibəni yaxın günlərdə təqdim edəcəyik.

Erol Güven qeyd edib ki, Azərbaycandan Rauf Denktaş Universitetində təhsil alan tələbələr yüz faiz təqaüdlü tələbələridir: “Bu sistemdə tələbələr təhsil haqqı ödəmirlər. Bunun xaricində yalnız illik müəyyən xidmət və fəaliyyət haqları mövcuddur. Universitetimizin yataqxana imkanları da mövcuddur. Yataqxanalarımız tələbələrin yaşayış şəraitinə uyğun və münasib qiymətlərlə xidmət göstərir”.
Onun sözlərinə görə, bundan əlavə, tələbələrin universitetə gediş-gəlişi üçün də imkanlar yaradırılıb: “Yataqxana ilə universitet arasında nəqliyyat xidməti təqdim olunur. Universitetimizin ən mühüm xüsusiyyətlərindən biri “açıq qapı” prinsipidir. Tələbələr istədikləri zaman müəllimlərlə, rəhbərliklə və aidiyyəti şəxslərlə rahat şəkildə görüşə bilirlər.

Beynəlxalq Ofis olaraq həm azərbaycanlı, həm də digər ölkələrdən olan tələbələrimizin ilk gəldikləri gündən məzun olduqları günə qədər onların yanında olmağa çalışırıq. İlk gəldikləri zaman yaşadıqları narahatlıqları aradan qaldırmaq, uyğunlaşmalarına kömək etmək və onları ailə mühitində hiss etdirmək bizim üçün çox vacibdir. Çünki, biz tələbələrimizi yalnız təhsil müddətində deyil, məzun olduqdan sonra da öz ailəmizin bir parçası kimi görürük”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.