Press "Enter" to skip to content

Gənc Tamaşaçılar Teatrında növbəti premyera

Gənc Tamaşaçılar Teatrında növbəti premyera

BAYRAQDAR MEDİA – 27 iyun, saat 19:00-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” pyesi əsasında Dilsuz Mustafayevin səhnə redaktəsi ilə hazırlanan “Hacı Qara” tamaşasının premyerası keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Firudin Allahverdi, xoreoqraf Gülməmməd Şahverdiyev, rejissor assisenti Sona Məhərrəmovadır. Tamaşada iflasa uğramış Heydər bəy toy xərci əldə etmək üçün Hacı Qara ilə birlikdə Təbrizə qaçaqmal alverinə getməsi və bu səfər zamanı 19-cu əsrin ortalarında baş vermiş əhvalatlardan bəhs olunur. Heydər bəy lovğa, quru bəy olsa da, o, mərd və cəsarətlidir”.

Daha sonra xəbərdə, “tamaşada Xalq artisti Yasin Qarayev, əməkdar artistlər Elnur Hüseynov, Gülər Nəbiyeva, Nəsibə Eldarova, aktyorlar Anar Seyfullayev, Ədalət Əbdülsəməd, Ramil Məmmədov, Kərəm Hadızadə, Rəşad Səfərov, Elşən Hacıbabayev, Natiq Fərzəliyev, Şəbnəm Hüseynova, Aygün Fətullayeva, Hüsniyyə Əhmədova, Eldar İmanov, Vüqar Məmmədəliyev, Elgün Yəhyayev, Nurlan Süleymanlı, Hilal Dəmirov, Xaliq Bəkirov, Gülbəniz Lətifova, Venera Abbasova, Aydın Dəmirov,
Yusif Dadaşov, Tahir İsmayılov, İlahə Əmirxanova, İmdad Tofiqoğlu, Hüseyn Bayramov iştirak edirlər” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.