Press "Enter" to skip to content

NİİM: Sürücülər bu qaydaları bilməlidir

NİİM: Sürücülər bu qaydaları bilməlidir

BAYRAQDAR MEDİA – Piyada keçidlərinin yaxınlığında baş verən yol-nəqliyyat hadisələri sürücülərin məhz bu qaydalara əməl etməməsi səbəbindən qeydə alınır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “vaxtında piyada keçidinin olduğunu bildirən nişana diqqət yetirməyən bəzi sürücülər keçidə yaxınlaşdıqda piyadaya son anda diqqət yetirdiklərindən qəfil və sərt əyləcdən istifadə edirlər. Nəticədə isə arxadan hərəkət edən və düzgün ara məsafəsi saxlamayan digər nəqliyyat vasitələri həmin avtomobilə çırpılır”.

Ardına xəbərdə, “belə qəzaların olmaması üçün sürücülər yol nişanlarına diqqət yetirməklə yanaşı, keçidlərə yaxınlaşarkən sürəti azaltmalı və düzgün ara məsafəsi saxlamalıdırlar. Piyada keçidlərinin yaxınlığında təhlükəsizliyin təmin olunması üçün onlar bu məsələyə məsuliyyətlə yanaşmalıdırlar. Bu zaman piyada vurulması ilə nəticələnən, eyni zamanda zəncirvari qəzaların da qarşısı alınmış olacaq” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.