BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 19 nömrəli Yanğından Mühafizə hissəsində “açıq qapı günü” tədbiri keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Azərbaycan Skautlar Assosiasiyasının gənclər təşkilatının üzvləri üçün təşkil olunan “açıq qapı günü”ün keçirilməsində məqsəd təşkilatın üzvlərinin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda, ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub”.
Daha sonra xəbərdə, “tədbirdə iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin iştirakçılar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar” deyə qeyd edilir.
Maraqlı keçən tədbirdə suallar ətraflı cavablandırılıb.






İlk şərhi yaza bilərsiniz