BAYRAQDAR MEDİA – Doğu Akdeniz Universitetinin (DAÜ) Kommunikasiya fakültəsi tərəfindən təşkil olunan və Tələbələrin İnkişafı, Tədbirlər və İdman İşləri İdarəsinin dəstəyi ilə keçirilən “Kommunikasiya günləri” və “Məzunlar gecəsi” baş tutub.
DAÜ-dən verilən məlumata görə, Kommunikasiya fakültəsinin binasında və həyətində təşkil olunan tədbirlər tələbələr və ictimaiyyət üçün açıq şəkildə keçirilib, proqramın son günündə isə “Məzunlar Gecəsi” təşkil olunub.
Yarandığı gündən 29-cu ildönümünü qeyd edən DAÜ-nün Kommunikasiya fakültəsi tədbirlər çərçivəsində ilk dəfə məzunlarına həsr olunmuş xüsusi bir gecə təşkil edib.
DAÜ-nün Kommunikasiya fakültəsinin dekanı Metin Ersoy tədbirdə çıxışı zamanı bildirib ki, 1997-ci ildə yaradılan və artıq dörddəbir əsrdən çox müddətdir media və kommunikasiya sahəsinin inkişafına töhfə verən fakültənin məzunları ilə illər sonra yenidən bir araya gəlməkdən qürur duyurlar.
Gecədə həmçinin fakültədə əvvəlki dövrlərdə dekan vəzifəsində çalışmış Aysel Aziz, Murat Barkan, Peyami Çelikcan, Sevda Alankuş və Süleyman İrvanın məzunlar üçün hazırladıqları video müraciətlər nümayiş etdirilib.
Yaxın dövrdə dekan vəzifəsini icra etmiş Agâh Gümüş və Senih Çavuşoğlu da tədbirə qatılaraq məzunlarla görüşüblər.






İlk şərhi yaza bilərsiniz