BAYRAQDAR MEDİA – Kıbrıs Türk İş Adamları Dərnəyinin (İŞAD) İdarə Heyətinin üzvü və təşkilatın Azərbaycan üzrə sədri İlhami Bilgen TÜRKSOY-un Baş katibinin müavini Sayıt Yusufu ziyarət edib.
Bu barədə İŞAD-dan məlumat verilib.
Bildirilib ki, görüş zamanı Türk Dünyası ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin ortaq layihələrin hazırlanması və inkişaf etdirilməsi istiqamətində müzakirələr keçirilib.
Günün xatirəsinə üzərində Anka quşu motivi əks olunan İŞAD Azərbaycan plaketi cənab Sayıt Yusufa təqdim edilib.
Görüşdə həmçinin Kıbrıs Türk Mavi Vətən Dərnəyinin sədr müavini Metin Yılğın və TÜRKSOY-un Strateji İnkişaf İdarəsinin rəisi cənab Melik Özsöz iştirak ediblər.






İlk şərhi yaza bilərsiniz