Press "Enter" to skip to content

EN-ə 5 mindən çox vətəndaş müraciəti daxil olub

EN-ə 5 mindən çox vətəndaş müraciəti daxil olub

BAYRAQDAR MEDİA – 2026-cı ilin yanvar-may ayları ərzində Energetika Nazirliyinə (EN) ümumilikdə 5 min 597 vətəndaş müraciəti daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “müraciətlərin 815-i məlumat, 4 min 782-si isə icra xarakterli olub. Bunlardan 4 min 438-i müvafiq qaydada icra edilib, 344 müraciət isə icradadır. Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xəttinin mühafizə zonasının pozulması və kabelləşmə, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzuları əhatə edib”.

Qeyd edilən dövr ərzində Nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən 109 vətəndaş qəbul edilib. Bu vətəndaşlardan 26-sı şəhid ailəsinin üzvləri, 6-sı qazi və 2-si müharibə iştirakçısı olub. Şəhid ailəsi və müharibə iştirakçılarının ümumilikdə 60 müraciətinə baxılıb, müvafiq qaydada icra edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.